Meteohəssas insanlar üçün XƏBƏR


Digərləri 18 İyl 2019 21:40:05 205 0

Meteohəssas insanlar üçün XƏBƏR

Ötən gün Günəş diski ləkəsiz olub.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası meteohəssas insanları daha çox maraqlandıran kosmik hava durumu və proqnozunu açıqlayıb. Rəsədxanadan Trend-ə verilən məlumata görə, ötən gün Günəş diski ləkəsiz olub. Koronoqraf görüntülərində Yerə doğru yönələn hər hansı bir cism müşahidə olunmayıb. Növbəti günlər - iyulun 18-dən 20-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.