Kişi sonsuzluğunun səbəbi


Digərləri 18 İyl 2019 21:35:00 212 0

Kişi sonsuzluğunun səbəbi

Sonsuzluq bütün dünyada bir çox xəstəliklə bağlı olaraq 60-80 milyon cütlüyün həyatına təsir edən xəstəlikdir. Cütlərin təxminən 100-də 40-da sonsuzluğun səbəbi kişi faktoru qaynaqlıdır.

Düzgün qidalanmamaq, mənfi vərdişlər də risk faktorları sırasındadır.

Türkiyənin Memorial Diyarbakır Xəstəxanasının uroloqu Necmettin Penbegül kişi sonsuzluğunun səbəbləri və müalicə zamanı qidalanma faktoru barədə vacib açıqlamalar edib. Onun sözlərinə görə, evli cütlüklər hansısa qorunma üsulundan istifadə etmədən bir illik mütəmadi münasibətdə olsalar da uşaq sahibi olmayırlarsa bunun səbəbi sonsuzluq olaraq dəyərləndirilir:

"Səbəblər sırasında spremanın funksiya pozğunluğu, hormonal pozğunluqlar, infeksiyaları misal gətirmək olar. Siqaretdən, spirtli içkilərdən istifadə, yanlış qidalanmaq da sonsuzluğu yaradan məsələlər arasında yer alır.

Düzgün qidalanmamaq səbəbi ilə vücud maddələr mübadiləsini yavaşıdır. Yağlı yeməklər, trans yağlardan istifadə də immunitetə mənfi təsir göstərir. Köklük xəstəliyi spermanın keyfiyyətini öldürür. Sonsuzluğun müalicəsində qida seçimi əsas məsələlərdəndir".

Mütəxəssis, sosis, kolbasa kimi məhsulların spremaya mənfi təsir göstərdiyini qeyd edib.

"Doymuş yağ asidləri, vücuddakı sərbəst oksigen radikallarının artmasına səbəb olaraqspermanın keyfiyyətinə ziyan vurur. Bunun əksi olaraq dəniz məhsulları spermanın sayı və keyfiyyətində müsbət təsirə malikdir. Meyvə və tərəvəzlərdən isə mütəmadi olaraq istifadə əsas şərtdir. Bu qidalar kişi sonsuzluğuna qarşı mübarizə edir desək yanılmarıq:

Quzu əti başda olmaqla qırmızı ət və ət məhsulları