Rəhmət olunmuş valideynlər


Digərləri 18 İyl 2019 21:40:00 223 0

Rəhmət olunmuş valideynlər

Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, müəllim uşağa "Bismilləhir-Rahmənir-Rahim" (cümləsini) öyrədər və həmin uşaq "Bismilləhir-Rahmənir-Rahim"i öyrənər və dilində səsləndirər, bu zaman Allah Təala həmin uşaq, onun valideynləri, həmin müəllim üçün cəhənnəm atəşindən bəraət və uzaq olmağı yazar".

Həzrət Peyğəmbər (s) buyurur: "O şəxs ki, yerə düşmüş "Bismilləhir-Rahmənir-Rahim" yazısını Allah Təalanın hörmətini qorumaq üçün götürər və tapdalamasının qarşısını alar, bu insan Allah Təala yanında siddiqinlərdən olar və onun bu əməli valideynlərinin əzabının yüngülləşməsinə səbəb olar, baxmayaraq ki, onlar müşrik olsa belə". (Erfan)

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə bu şəxs haqqında buyurur: "Allah Təala bu insanın adını Əlayi-illiyindən də yuxarı qaldırar və onun bu əməli valideynlərinin əzabının yüngülləşməsinə səbəb olar, baxmayaraq ki, kafir olsalar belə".

İmam Əli (ə) buyurur: "Övladı öpmək rəhmətə səbəb olar".

Həzrət Peyğəmbər (s) buyurur: "Övladlarınızı öpün, çünki hər öpüş üçün behiştdə sizə məqam əta olunacaqdır".

İmam Sadiq (ə) buyurur: "Peyğəmbər (s) buyurur: "O kəs ki, övladını öpər, Allah Təala onun üçün həsənə yazar"".

Həzrət Peyğəmbər (s) buyurur: "Övladlarınızı əziz tutun və onları yaxşı tərbiyə edin. Bu əməl sizin bağışlanmağınıza səbəb olar".

Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman sizlərdən biriniz övladını tərbiyə edər, bu əməl onun üçün yeməyin yarsını sədəqə verməkdən daha yaxşıdır".

İmam Səccad (ə) buyurur: "Övladının haqqı odur ki, biləsən ki, o, səndəndir və onun dünya işləri - istər pis olsun, istərsə də yaxşı - sənə nisbət verilər. Gərək biləsən ki, sən övladın qarşısında məsuliyyətlisən. Lazımdır ki, onu yaxşı tərbiyə edəsən. Allahı tanımağa tərəf hidayət edəsən. Allah Təalaya itaət yolunu onun üçün hamar edəsən. Bil ki, övladınla yaxşı rəftar etmək əcr və savaba səbəb olar. Sənin onunla pis rəftarın qarşıda cəzaya səbəb olar".

İmam Kazım (ə) buyurur: "Səkkiz sifət vardır ki, hər kim ona malik olsa, Allah Təala onu behiştə daxil edər. Rəhmətini onun üçün genişləndirər. O sifətlərdən biri - övladı yaxşı tərbiyə etməkdir".

Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, övladını sevindirər, Allah Təala Qiyamət günü onu sevindirəcəkdir".

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim qız övladını sevindirər, onun kimi olar ki, Həzrət İsmayil (ə) övladlarından olan qulu azad etmişdir".