Müsabiqəyə 7 minə yaxın vakant müəllim yeri çıxarılacaq


Digərləri 18 İyl 2019 21:14:00 225 0

Müsabiqəyə 7 minə yaxın vakant müəllim yeri çıxarılacaq

Müəllimlərin işə qəbulu müsabiqəsinə ilkin mərhələdə 7 minə yaxın vakant yer çıxarılacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, yeni yaranan yerlər əlavə yerləşdirmə mərhələsi üçün elan ediləcək:

"İyulun 24-dən sonra apelyasiya prosesi həyata keçiriləcək, test imtahanları ilə bağlı müraciətlərə baxılacaq. Sonra vakant yer seçimi prosesi keçiriləcək. Vakant yeri qazanmaq hüququ əldə edən şəxslər müsahibəyə dəvət olunacaq".