Allah insanı özbaşına buraxıbmı?


Digərləri 18 İyl 2019 21:20:00 176 0

Allah insanı özbaşına buraxıbmı?

İmam Baqirin (ə) zamanında Həzrətlə (ə) Həsən Bəsri adlı bir alim arasında münazirə baş vermişdi. (Tebyan) Belə ki, Həsən Bəsri İmamın (ə) yanına gəlir və deyir: "Gəlmişəm ki, sizə sual verim". İmam (ə) buyurur: "Məgər sən Bəsrə camaatının fəqihi deyilsən?".

Deyir: "Bu cür deyirlər".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam (ə) buyurur: "Öhdənə böyük iş götürmüsən. Eşitmişik ki, deyirsən Allah insanları öz halına buraxmışdır?".

Həsən Bəsri sakit oldu.

İmam (ə) buyurdu: "Əgər Allah kimisə aman vədəsi versə, o, məgər nədənsə qorxa bilərmi?".

Deyir: "Yox".

Buyurur: "Mən bir ayə oxuyacağam ki, sən onu səhv təfsir etmisən".

Soruşdu: "Hansı ayə?".

Buyurdu: "Onlarla (şəhərləri ilə) bərəkət verdiyimiz şəhərlərin (Şam torpaqları) arasında aşkar (yaxın və bir-birinə bitişik) şəhərlər yaratmış və onların arasında gediş-gəliş müəyyən etmiş və məhdudlaşdırmışdıq (məskənlərin fasiləsi və onların arasındakı get-gəlin miqdarı bir ölçüdə idi və onlara buyurduq:) "Gecələr və gündüzlər bu şəhərlərin arasında aramlıq və əmin - amanlıqla get-gəl edin"". ("Səba" 18). Eşitmişik ki, əmin sözünü Məkkə kimi təfsir etmisən. Vay olsun sənə! Bu necə təhlükəsizlikdir ki, insanların malları oğurlanır? Davamlı olaraq kimlərsə öldürülür?".