Ölümcül tetanus xəstəliyi haqqında bilmədikləriniz –


Digərləri 18 İyl 2019 21:05:00 304 0

Ölümcül tetanus xəstəliyi haqqında bilmədikləriniz –

Tetanus xüsusi bir xəstəlik kimi qədimdən məlum olsa da, onun infeksion xassəsi 19-cu əsrin sonlarında aşkarlanıb. Xəstəliyin çöpləri 1886-cı ildə Rosenbax tərəfindən insan yarasında tapılıb. Tetanus çöpü sporlu anaeropdan ibarətdir. Bu tip viruslar soyuğa qarşı davamlı olub, yalnız 5 dəqiqə qaynar suda qaldıqdan sonra məhv olur.

Yoluxma necə baş verir? Son.az medicina.az-a istinadən bildirir ki, tetanus çöplərinə adi və gübrəli torpaqda, bostan ərazilərində daha çox rast gəlinir. Bu viruslar heyvanların nəcisində də artaraq çoxala bilir. Torpaqla kirlənmiş yaralar tetanus xəstəliyinə daha tez tutulur. Həmçinin əzələlər əzildikdə, yara vaxtında işlənib təmizlənmədikdə yoluxma ən yaxın limfa düyünlərinə yayılır. Xəstəlik tetanus mikroblarının əsasını təşkil edən toksinlərin çoxlu miqdarda sorulması nəticəsində inkişaf edir. Bu toksinlər hərəki sinirlər və qan vasitəsi ilə də yayıla bilir. Toksin, əsasən, beyinin subkortikal hərəkət mərkəzində, nüvəsində və onurğa beyində toplanır. Ən ciddi təsiri isə mərkəzi sinir sisteminə göstərir. Qana keçən zəhərlənmə isə orqanizmə sürətlə yayılır. Halbuki təbii yoluxma nəticəsində xəstəlik belə sürətlə inkişaf etmir. Yoluxma yanıq və donvurma zədələnmələri nahiyəsinin, cərrahi əməliyyat sahəsinin, venadaxili inyeksiya yerlərinin (xüsusən heroin narkomaniyasında), doğuş və gizli abort vaxtı doğuş yollarının, yenidoğulmuşlarda göbək həlqəsinin çirklənməsi nəticəsində mümkündür.     Ölüm bir addımlıqda Tetanusun kəskin inkişaf dövrü 5-7 gün davam edir və sonda xəstəlik ya ölümlə, ya da tədricən sağalma ilə nəticələnir. Nəbz dəqiqədə 120 dəfə vurur, sidikdə zülal əmələ gəlir. Xəstə adətən huşunu itirmir. Yüngül hallarda qıcolma gec-gec və zəif başlayır, xəstə başını hərəkət etdirə bilir, xörək yeyə bilir, sərbəst nəfəs almaqda çətinlik olmur. Ancaq xəstəliyin bu mərhələsində də ağ ciyər ağırlaşmaları sağalmaqda olan xəstəni öldürə bilər. Xəstəlik bəzən 2-3 ay davam edə bilər.     Epidemiologiyası: Xəstəlik travmalarla əlaqədar baş verir. İnfeksiyanın giriş qapısı zədələnmiş dəri örtüyü və selikli qişalardır. Adətən aşağı ətraflardakı mikrotravmalalar sahəsindən orqanizmə daxil olur. Tetanusun zəhəri sinir sisteminə tormozlayıcı təsir göstərir. Mərəzi və periferik sinir sistemində patomarfoloji dəyişikliklər aşkarlanır.

Klinikası: İnkubasiya dövrü 5-10 gündür. Bu ərəfə 3 günə qədər qısala və ya 3 həftəyə kimi uzana bilər. Tetanusun başlanğıc əlamətlərindən biri çeynəmə əzələlərinin gərginliyi və qıcolmalarla yığılmasıdır. Mimiki əzələlərin yığılması nəticəsində üz ozünəməxsus ifadə alır - sardonik gülüş ifadə olunur. Udlaq əzələsinin parezi nəticəsində udma çətinləşir, əzələlərin daimi tonik-klonik qıcolmaları baş verir. Daimi qıcolmalar səbəbi ilə əzələlərdə ağrılar müşahidə olunur. Ümumi klinik mənzərəsinə hiperpireskiya, profuz tərləmə, ürəkdöyünmə və tənəffüsün tezləşmə əlaməti əlavə olunur. Qanda, sidikdə və SSM-də heçbir dəyişiklik qeyd olunmur. Lokal forma nadir təsadüf edilir.

Gedişi və proqonozu:  50% hallarda ölüm müşahidə edilir. Təcili tetanusa qarşı zərdab vurularsa ölüm riski nisbətən aşağı düşür. Proqnozun gedişini ağırlaşdıran amillər ümumi zəiflik, qısa inkubsaiya dövrü, əzələ yığılmalarının sürətli inkişafı, səs tellərində qıcolmalar, hiperpireksiya, getdikcə artan ürəkdöyünmə və onun bradikardiya ilə əvəz olunmasına və tənəffüsün tezləşməsini göstərmək olar.

Diaqnostikası: Diaqnoz dərinin və dərin toxumaların yaraladığı şəxslərdə xarakterik əlamətlərə əsasən qoyulur.