Xəzərdə 19 yaşlı gənc boğulub


Digərləri 18 İyl 2019 20:52:00 191 0

Xəzərdə 19 yaşlı gənc boğulub

Xəzər dənizində, qeyri-çimərlik ərazidə 1 nəfər çimərkən boğulub

Bakı. Xəzər dənizində, qeyri-çimərlik ərazidə 1 nəfər çimərkən boğulub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə, qeyri-çimərlik ərazidə 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 2000-ci il təvəllüdlü Abbasov Sadiq Vüqar oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.