Kosmik turizm erası belə başlayır


Digərləri 18 İyl 2019 20:39:00 201 0

Kosmik turizm erası belə başlayır

Dünyanın ən varlı adamlarından biri və kosmik turizm sahəsində layihələr həyata keçirən milyarder Ceff Bezos kosmik turizmin inkişafının insanlara Yer planetini kənardan seyr etməyə və onun qorunması üzrə məsuliyyəti artırmağa kömək edəcəyi qənaətindədir.

Son.az Axar.az-a istinadən bildirir ki,"Amazon" və kosmik proqramlar həyata keçirən "Blue origin" şirkətlərinin sahibi bu fikirləri CBS televiziyasına müsahibəsində səsləndirib.

Bezos bildirib ki, kosmik turizmin həyata keçirilməsi erası 11 dəqiqəlik qısamüddətli uçuşlarla başlayacaq.

"Sizin Yerin atmosferinin ən ucqar təbəqəsini görmək imkanınız olacaq və onda planetimizin nə dərəcədə müdafiəsiz olduğunu anlaya biləcəksiniz. Heç olmasa bir dəfə kosmosa uçan adamlar yaxşı bilirlər ki, onların düşüncə tərzində necə dəyişiklik baş verib. Bu insanlar planetimizin necə ecazkar, eyni zamanda kiçik və kövrək olduğunu dərk ediblər. Bu, Yer kürəsində - kosmosdan aşağıda yaşayanların anlaya bilməyəcəkləri hisslərdir", - deyə milyarder əlavə edib.