İran Xəzər dənizinə hərbi gəmilər buraxacaq


Digərləri 18 İyl 2019 20:30:00 189 0

İran Xəzər dənizinə hərbi gəmilər buraxacaq

Bu ilin sonuna kimi İranın sərhəd qoşunlarına cənub və şimalda, o cümlədən Xəzər dənizində 9 ədəd yarımağır gəmi təhvil veriləcək.

Bakı. Elnur Bağışov - Bu ilin sonuna kimi İranın sərhəd qoşunlarına cənub və şimalda, o cümlədən Xəzər dənizində 9 ədəd yarımağır gəmi təhvil veriləcək. Trend-in məlumatına görə, bunu İranın Sərhəd Qoşunları komandanı general-mayor Qasım Rzayi deyib. Q.Rzayinin sözlərinə görə, gəmilər İranın şimal-şərqində Gülüstan vilayətinin sərhəd qoşunlarına da təhvil veriləcək.