Ərdoğan S400ləri əslində buna görə alıb “Röyter”dən şok


Dünya 18 İyl 2019 20:04:00 238 0

Ərdoğan S400ləri əslində buna görə alıb  “Röyter”dən şok

ABŞ Türkiyənin S-400 almasına 15 iyul çevriliş cəhdinə görə mane ola bilməyib.

Son.az Axar.az-a istinadən bildirir ki,bu məlumatı "Röyter" öz mənbələrinə istinadən yayıb.

"Özünüzdən soruşun: Ərdoğan niyə bir rus sistemini istəyir? Ona görə ki, hərbi hava qüvvələrinə güvənmir", - deyə agentliyin mənbəsi deyib.

Agentliyə danışan ABŞ Müdafiə Nazirliyindəki başqa bir mənbə isə Ərdoğanın özünü qorumaq üçün rus sistemi istədiyini təsdiqləyərək, bunun xüsusilə NATO-ya inteqrasiya olmayan bir sistem olduğunu söyləyib.

"Röyter"ə danışan, amma adının çəkilməsini istəməyən Türkiyə hökumətinin rəsmisi isə Ankaranın orduyla bağlı belə fikirlərə sahib olmadığını deyib. O, Türkiyənin başqa bir çevriliş təhdidiylə üz-üzə qalmadığını da vurğulayıb.