BDU Braziliya universitetləri ilə yeni əməkdaşlıq əlaqələri qurur


Digərləri 18 İyl 2019 19:43:00 372 0

BDU Braziliya universitetləri ilə yeni əməkdaşlıq əlaqələri qurur

Azərbaycanın Braziliya Federativ Respublikasındakı səfiri Elxan Poluxov Bakı Dövlət Universitetində (BDU) olub.

Bakı. Azərbaycanın Braziliya Federativ Respublikasındakı səfiri Elxan Poluxov Bakı Dövlət Universitetində (BDU) olub. Trend-in məlumatına görə, BDU-nun rektoru Elçin Babayevlə görüşdə Braziliya universitetləri ilə əməkdaşlıq əlaqələri müzakirə edilib. Səfir Elxan Poluxov 1920-ci ildə təsis edilən Rio-de-Janeyro Federal Universiteti haqqında məlumat verib. Braziliyanın ilk və ən böyük ali təhsil müəssisəsi olan Rio-de-Janeyro Federal Universitetində iqtisadiyyat elmləri, hüquq, fəlsəfə, təsviri sənət, musiqi, ədəbiyyat fakültələrinin, bir neçə tədris və elmi-tədqiqat institutlarının, o cümlədən Qafqazşünaslıq Mərkəzinin fəaliyyət göstərdiyini bildirib. Rektor Elçin Babayev Rio-de-Janeyro Federal Universiteti və buradakı Qafqazşünaslıq Mərkəzi ilə əlaqələrin qurulmasında maraqlı olduğunu bildirib.