“Bu ölkə sizin üçün zibilxana deyil”


Dünya 18 İyl 2019 19:14:00 320 0

“Bu ölkə sizin üçün zibilxana deyil”

Kambocanın Ətraf Mühitin Mühafizəsi Nazirliyinin müfəttişləri Sianukvil limanında ABŞ və Kanadadan qeyri-leqal yolla ölkəyə gətirilmiş 83 konteynerdə olan 1600 ton plastik zibil aşkarlayıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı "Phnom Penh Post" qəzetinin onlayn versiyası məlumat yayıb.

Hazırda nazirlikdə yaradılmış xüsusi komissiya təkrar emal edilə bilməyən, buna baxmayaraq saxta yolla təkrar emal oluna bilən kimi bəyan olunmuş tullantını ölkəyə gətirməkdə ittiham olunanların axtarışı ilə məşğuldur.

"Hökumət qeyri-leqal ixracla bağlı ən sərt tədbirlər görəcək. Hökumət heç bir zaman bu cür zibilin Kambocaya gətirilməsinə icazə verməyəcək. Kamboca zibilxana deyil", - deyə nazirliyin mətbuat katibi Net Pxeaktra qəzetə deyib.