SON DƏQİQƏ! Biləcəridə yük qatarının vaqonu yanır


Digərləri 18 İyl 2019 19:18:00 333 0

SON DƏQİQƏ! Biləcəridə yük qatarının vaqonu yanır

Biləcəri qəsəbəsində yük qatarlarının birində yanğın baş verib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilir ki,, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində Şərq vaqon deposunda yük qatarının vaqonunda yanğın olması barədə məlumat daxil olub.

Qeyd edilir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.