2019-cu ilin birinci yarısında paytaxtda cinayət hadisələrinin sayı azalıb


Digərləri 18 İyl 2019 18:39:00 190 0

2019-cu ilin birinci yarısında paytaxtda cinayət hadisələrinin sayı azalıb

2019-cu ilin birinci yarısında Bakıda cinayət hadisələrinin sayı azalıb

Bakı. Samir Əli - 2019-cu ilin birinci yarısında Bakıda cinayət hadisələrinin sayı azalıb. Trend-in məlumatına görə, bu barədə bu gün Bakı şəhər prokurorluğunda keçirilən geniş əməliyyat müşavirəsində çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov bildirib. Onun sözlərinə görə, 2018-ci ilin birinci yarımilində şəhər ərazisində prokurorluq və polis orqanları üzrə 5678 hadisə qeydə alındığı halda, 2019-cu ilin birinci yarısında 182 hadisə, yəni 3,2 % azalaraq 5496 hadisə olub: