Ən çox milyarder bu şəhərdə YAŞAYIR


Digərləri 18 İyl 2019 18:34:00 238 0

Ən çox milyarder bu şəhərdə YAŞAYIR

"Savills" əmlak şirkəti apardığı araşdırmanın nəticəsini açıqlayıb.

Son.az Ölkə.az-a istinadən bildirir ki, dünyada ən çox milyarderin yaşadığı şəhər Nyu-Yorkdu. Bu şəhərdə şəhərdəki milyarderlərin sayı 85-dir. İkinci pillədə 79 milyarderlə Honq-Konq, üçüncü yerdə 71 milyarderlə Moskva dayanır. Pekində 61, Londonda isə 55 nəfər belə maddi imkana sahib şəxs yaşayır. Qeyd edilir ki, milyarderlərin təxminən 83 faizi kişidir və 89 faizi ailəlidir. 

Dünya milyarderlərinin 28 faizi ABŞ-ın payına, 15 faizi isə Çinin payına düşür.

Qeyd olunur ki, milyarder sakinlərinin sayına görə öndə olan şəhərlər həm də elit səviyyəli daşınmaz əmlakın qiymətlərinə görə də öncül yerdədir. Məsələn, bu göstəriciyə görə dünya lideri olan Honq-Konqda daşınmaz əmlak qiymətləri bir kvadratmetrə 93 min ABŞ dollarınadək hesablanır.