AB Türkiyəyə “ikinci cəbhə” açdı: Nə baş verir?


Dünya 18 İyl 2019 17:59:00 235 0

AB Türkiyəyə “ikinci cəbhə” açdı: Nə baş verir?

Qaz yataqları ətrafında mübahisə Türkiyəyə qarşı "ikinci cəbhə"nin açılmasına səbəb olub.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə "Çarqrad" telekanalının siyasi şərhçisi Kamran Həsənov danışıb.

AB bazar ertəsi Türkiyənin Kipr sularındakı fəaliyyətlərinə cavab olaraq ilk sanksiyaları tətbiq edib: Türkiyə-AB şurasının iclası ləğv edilib və yüksək səviyyədə dialoq dayandırılıb, 2020-ci ildə nəzərdə tutulmuş yardımlar məhdudlaşdırılıb, Avropa İnvestisiya Bankına Türkiyəyə kreditlərlə bağlı qərarı yenidən nəzərdən keçirməsi tövsiyə edilib və sanksiya variantlarına dair işin davam etdirilməsi tapşırılıb. Buna cavab olaraq isə Türkiyə Aralıq dənizində apardığı fəaliyyətləri davam etdirəcəyini açıqlayıb.

Nə baş verir?

Türklər və avropalılar arasında münaqişə yunanlara görə gərginləşib. Kiprin xüsusi iqtisadi zonasında təbii qaz axtarışları aparan iki gəmi - "Fateh" və "Yavuz" var. Yunanıstan və Kipr hökuməti onların qanunsuz olduğunu və Kipr sərhədlərini pozduğunu düşünür. Türklər isə "başqasının ərazisində" geoloji kəşfiyyat işlərinə burada yunanlarla yanaşı türklərin də yaşaması və sonuncunun regionun təbii sərvətlərinə eyni dərəcədə haqqı çatması ilə haqq qazandırır.

Həsənovun sözlərinə görə, əgər əvvəllər Kipr ətrafında mübahisə etnik-dini və siyasi xarakter daşıyırdısa, bu gün artıq iqtisadi xarakter alıb.

"Bu məsələdə 2011-ci il dönüş nöqtəsi hesab olunur. O zaman Kipr şelfində 230 milyard kub metr ehtiyata sahib nəhəng "Afrofita" yatağı aşkarlanıb. Buradan bir qədər aralıda İsrail "Tamar" və "Leviafan", Misir isə "Zöhr" yatağını aşkar edib. Mavi yanacağın işlənməsində Qərbin böyük şirkətləri iştirak edir. Ankaranın reaksiyasını nəzərə alsaq, Türkiyə və AB arasındakı qaz mübahisəsi Nyutonun üçüncü qanununa uyğun şəkildə çalışacaq: AB Türkiyəyə nə qədər fəal şəkildə təzyiq etsə, Ankara da bir o qədər müqavimət göstərəcək.