Türkiyədə avtobusu daşa basdılar - azərbaycanlı xəstəxanalıq oldu


Digərləri 18 İyl 2019 17:35:00 196 0

Türkiyədə avtobusu daşa basdılar - azərbaycanlı xəstəxanalıq oldu

Türkiyədə sərnişinlərin birinin avtobusa atdığı daş nəticəsində bir nəfər azərbaycanlı yaralanıb.

Bakı. Ceyhun Ələkbərov - Türkiyədə sərnişinlərin birinin avtobusa atdığı daş nəticəsində bir nəfər azərbaycanlı yaralanıb. Trend-in məlumatına görə, hadisə Antalyanın Manavgat rayonunda baş verib. Sərnişinlərdən biri sürücü ilə aralarında yaranan problem səbəbindən avtobusun ön şüşəsini daşlayıb. Atılan daşlardan biri Azərbaycan vətəndaşı Murad Quliyevin başına dəyib. Hadisə yerinə cəlb olunan təcili tibbi yardım xəsarət alan şəxsi xəstəxanaya çatdırıb.