Həbsdən çıxdı, qonşusunu "Zeytun bağları"nda öldürdü


Kriminal 18 İyl 2019 17:14:00 242 0

Həbsdən çıxdı, qonşusunu "Zeytun bağları"nda öldürdü

Bakıda qonşusunu öldürməkdə təqsirləndirilən 1979-cu il təvəllüdlü Dostəli Abuzərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki,bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Dostəli Abuzərov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il sentyabrın 17-də rayonunun Zeytun bağları adlanan çöllük ərazidə Dostəli Abuzərov qonşusu, 1977-ci il təvəllüdlü Sərsəng Qədirovu bıçaqlayaraq öldürüb.

İstintaq orqanı tərəfindən Dostəli Abuzərovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Qətl hadisəsi qonşular arasında mübahisə zəminində baş verib.

İstintaqa ifadə verən Dostəli Abuzərov törətdiyi cinayəti etiraf edib. O, hadisənin söyüş üstündə baş verdiyini deyib.

Suraxanı rayonunda qətl törədən Dostəli Abuzərovun əvvəllər məhkum olunduğu üzə çıxıb.