Atletico Madrid yeni transferini açıqladı - RƏSMİ


İdman 18 İyl 2019 15:49:00 247 0

Atletico Madrid yeni transferini açıqladı - RƏSMİ

Atletico Madrid növbəti transferini reallaşdırıb.

Goal.az xəbər verir ki, Madrid təmsilçisi Tottenham-in müdafiəçisi Kiran Trippyeri heyətinə cəlb edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı ingilis futbolçu ilə 3 illik müqavilə imzalanıb. Sağ cinah müdafiəçisi karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq.

Qeyd edək ki, Trippyer ötən mövsüm 38 matçda 1 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.