Qarabağ növbəti mərhələdə Ajax-la qarşılaşa bilər


İdman 18 İyl 2019 14:34:00 221 0

Qarabağ növbəti mərhələdə Ajax-la qarşılaşa bilər

Azərbaycan çemionu Qarabağ UEFA Çempionlar Liqasında  Hollandiyanın Ajax komandası ilə qarşılaşa bilər.

Goal.az xəbər verir ki, Ağdam klubu II raunda Dundolk-u (İrlandiya) mübarizədə kənarlaşdıracağı təqdirdə, son 3 ildə ilk dəfə olaraq püşkatmada səpələnməmişlər səbətində yer alacaq.

Qarabağ-ın Ajax-la yanaşı, Koebenhavn (Danimarka) / TNS (Uels), Celtic (Şotlandiya) / Nomme Kalju (Estoniya), Dinamo (Zaqreb, Xorvatiya) / Saburtalo (Gürcüstan), BATE (Borisov, Belarus) / Rosenborg (Norveç) və Sutjeska (Monteneqro) / APOEL (Kipr) cütlərinin qalibi ilə üzləşməsi mümkündür.

Püşkatma iyulun 22-də keçiriləcək və Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Xatırladaq ki, Qarabağ Dandolk-la iyulun 24-də səfərdə, 31-də isə evdə qarşılaşacaq.