Hesab.az QR kod ilə ödənişin tətbiqini genişləndirir! (VİDEO)


Digərləri 18 İyl 2019 15:15:00 198 0

Hesab.az QR kod ilə ödənişin tətbiqini genişləndirir! (VİDEO)

Dünyada baş verən texnoloji yenilikləri və trendləri izləyən Hesab.az növbəti yeniliyini istifadəçilərinə təqdim edib.

Bakı. Dünyada baş verən texnoloji yenilikləri və trendləri izləyən Hesab.az növbəti yeniliyini istifadəçilərinə təqdim edib. Yeniliyə əsasən artıq istifadəçilər Hesab.az-da elektrik enerjisinin istehlakına görə abunə haqlarının ödənişini QR kod ilə ödəniş edərək həyata keçirə biləcəklər. Ödəniş aparmaq üçün sadəcə abunəçiyə təqdim olunan qəbzin üzərindəki QR kodu Hesab.az mobil tətbiqi vasitəsilə skan etmək kifayət edir ki, ödəniş dərhal həyata keçirilsin. Linkə daxil olaraq ödəniş prosesi ilə bağlı məlumatlandırıcı videoya baxa bilərsiniz - https://bit.ly/2NZZuV4 Video sizə QR kod ilə Hesab.az mobil tətbiqində necə ödəniş etməyi mərhələli şəkildə izah edəcək. Qeyd edək ki, hazırda Hesab.az mobil tətbiqi vasitəsiylə QR barkod ilə ödənişləri Bakının 4 parkingində tətbiq olunur. Xidmət "28 Mall", "Gənclik Mall" ticarət mərkəzlərinin, həmçinin "Garage" və "Port Baku"nun parkinglərində mövcuddur. Hesab.az yaxın gələcəkdə QR ödəniş sistemini paytaxtın digər avtomobil parkinglərində, eləcə də kiçik və orta biznesdə istifadə olunan ödənişlərdə tətbiq etməyi planlaşdırır.