DİQQƏT! Bakıda bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir (FOTO)


Digərləri 18 İyl 2019 15:01:00 242 0

DİQQƏT! Bakıda bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir (FOTO)

XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçiriləcəyi müddətdə yarış və qeyri-yarış məkanları yaxınlığından keçən ictimai nəqliyyat xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Bakı. Samir Əli - XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçiriləcəyi müddətdə yarış və qeyri-yarış məkanları yaxınlığından keçən ictimai nəqliyyat xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Bakı Nəqliyyat Agentliyindən Trend-ə bildirilib ki, İbrahimpaşa Dadaşov küçəsinin 19-27 iyul 2019-cu il tarixlərində bağlanması ilə əlaqədar 6, 88, 88A və 202 nömrəli marşrutların hərəkət sxemində dəyişiklik ediləcək. 18-28 iyul traixlərində isə Xəlil Rza Ulutürk küçəsinin bağlanması ilə əlaqədar 15, 60, 62, 70 nömrəli marşrutların hərəkət sxemində dəyişiklik ediləcəkdir.