SON DƏQİQƏ: Türkiyədə faciə


Dünya 18 İyl 2019 14:42:00 241 0

SON DƏQİQƏ: Türkiyədə faciə

Türkiyənin Van vilayətində qaçqınların olduğu mikroavtobus qəzaya uğrayıb.

Son.az Redaktor.az-a istindən xəbər verir ki, hadisə nəticəsində 15 nəfər həyatını itirib. 27 yaralı var. Yaralılar xəstəxanalara yerləşdirilib.

Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir. Ölənlərin hansı ölkənin vətəndaşları olduğu hələlik məlum deyil. Əraziyə çox sayda xilasedici cəlb edilib. Qəzanın səbəbləri araşdırılır.