4 yaşlı qızın bilərziyini oğurlayan keçmiş məhkum saxlanıldı


Kriminal 18 İyl 2019 13:25:00 224 0

4 yaşlı qızın bilərziyini oğurlayan keçmiş məhkum saxlanıldı

4 yaşlı qızın bilərziyini oğurlayan keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, iyulun 17-də Binəqədi RPİ 7-ci PB-yə müraciət edən Bakı şəhər sakini V.Əliyev iyulun 15-də saat 19 radələrində rayon ərazisində 4 yaşlı qızının qolundakı bilərziyin oğurlanmasını bildirib.

Dərhal keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.