Kamal Abdulla: ADU-nu maraqlı və faydalı perspektivlər gözləyir


Digərləri 18 İyl 2019 13:22:00 61 0

Kamal Abdulla: ADU-nu maraqlı və faydalı perspektivlər gözləyir

Trend Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın müsahibəsini təqdim edir.

Bakı. Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla ilə müsahibəni təqdim edirik. ˗ Kamal müəllim, artıq yay imtahanları sona çatdı. İmtahanların nəticəsini və ümumiyyətlə, tədris ilinin sonunu necə qiymətləndirmək olar? - İmtahanların nəticəsi müsbət oldu və sessiya zamanı universitetin bütün əməkdaşları – müəllimlərdən başlamış tələbələrə qədər hamı çox ciddi şəkildə bu prosesə yanaşdılar. Üç dəfə mediatur keçirildi. Jurnalistlər və ictimaiyyət nümayəndələri imtahanların gedişatında bilavasitə iştirak etdilər. Onların da münasibəti müsbət oldu. Sessiya müddətində bizim əsas yeniliklərimizdən biri o oldu ki, heç bir imtahanı valideynlərin iştirakı olmadan keçirmədik. Bu o demək deyil ki, imtahanda bütün qrupun valideynləri iştirak edirlər. Bir, yaxud iki valideynin iştirakı kifayət edir. Ona görə də valideyn öz övladının imtahan prosesində hansı nəticələri göstərdiyini bilməlidir. Nəticədən əlavə, onun prosesi izləmək imkanı da olmalıdır. Bundan başqa, imtahanlarla bağlı bizim qaynar xəttimiz var idi, müraciətlər gəlirdi, biz onları operativ şəkildə həll edirdik. Kiminsə balı çatmırdı, apellyasiya vasitəsilə qiymətini qaldırmağa çalışırdı. Bütün tələbələrə müvafiq şərait yaradıldı və imtahanlar şəffaf şəkildə keçirildi. - Yeni tədris ilində ADU tələbələrini hansı yeniliklər gözləyir? - Bilirsinizmi, bizim çox maraqlı planlarımız var. Ən vacib məsələlərdən biri, Azərbaycan Dillər Universitetində klassik dillər mərkəzinin yaradılmasıdır. Klassik dillər dedikdə, bu, filologiyanın çox böyük məsələsidir. Bu dillərə ilk növbədə latın dili, qədim yunan dili, sanksrit daxildir. Bundan başqa qədim pəhləvi dili, qədim Çin dili də var. Bu dilləri öyrənmədən, bilmədən, onlar haqqında təsəvvürə malik olmadan müasir filologiyanın sirlərinə bələd ola bilməzsən. Filologiya klassik dillərin tədrisi olmadan tam və bütöv şəkildə filologiya ola bilməz. Bu mənada universitetimizdə hələlik üç dillə klassik dillərin öyrədilməsinə başlamaq niyyətindəyik. Əsas məsələ odur ki, biz təkcə bu dilləri öyrənməyəcəyik, bu dillərin özü ilə gətirdiyi mədəniyyətləri öyrənəcəyik. Ona görə də bu dilləri tədris edən mütəxəssislərin hərtərəfli formalaşmış mütəxəssislər olmasına ehtiyac var. Müxtəlif ölkələr, onların universitetləri ilə, o ölkələrin bizdəki səfirləri ilə artıq danışıqlar aparmışıq. Hindistan, İtaliya, Rumıniya, Yunanıstan səfirləri bizə bu istiqamətdə kömək etməyə söz veriblər. Bu ölkələrin universitetlərində qeyd etdiyim dillərin mütəxəssisləri var. Mən inanıram ki, ADU masştabında ölkəmizdə ilk dəfə olaraq klassik dillər mərkəzini aça biləcəyik. Bu, Azərbaycan filologiyasına bütövlükdə çox böyük xidmət olacaqdır. Daha hansı yeniliklər ola bilər? Əlbəttə ki, müəllimlərimiz yenə də stajartırmaya gedəcəklər. Biz stajartırmanın marşrutlarını da müəyyənləşdirmişik. Bunlar yenə də bizim xaricdəki partnyor universitetlər olacaq. Eyni zamanda, ən vacib məsələlərdən biri də budur ki, biz təkcə özümüzdən başqa yerə stajartırmaya müəllim göndərməyəcəyik. Biz başqa yerlərdən də stajartırmaya müəllimlər qəbul edəcəyik. Keçən il biz bunun əsasını, rüşeymini qoyduq. Biz Azərbaycan, ingilis, fransız dillərinin tədrisi istiqamətində xaricdən gələnləri qəbul edəcəyik. Artıq ABŞ-dan amerikalı tələbələr gəliblər, bizim universitetdə türk və Azərbaycan dillərini öyrənirlər. Bu layihə çoxdan var idi və indi də davam edir. Bir sözlə, ADU-nu maraqlı və faydalı perspektivlər gözləyir. ˗ Universitet dərslərin başlanmasına necə hazırlaşır? - Əlbəttə ki, problemlər var. Bu problemlər, ilk növbədə bizim kitabxanamızla bağlıdır. Kitabxananın elektron bazası artıq başa çatıb, lakin yerləşdiyi şərait bizi qane edə bilməz. Bu məsələni dəfələrlə rektorluqda və başqa müşavirələrdə qeyd etmişik. Yayda kitabxanamızın bəzi yerlərini mütləq təmir etməliyik və onun yerinin dəyişdirilməsi ilə bağlı ciddi düşünməliyik. Teatr qarderobdan başlayan kimi, universitet də kitabxanadan başlayır. Ona görə də biz ən böyük diqqəti kitabxanamıza verməliyik. Faktiki olaraq, son vaxtlar tələbələrin kitabla ünsiyyətini yaxşılaşdırmaq, onu normal müstəviyə gətirmək üçün az iş görməmişik. Universitetin əsas binasında kitabxana yox idi və kitabxana o biri tədris binasında idi. Tələbələrimiz digər korpusa kitab üçün yol ölçürdülər. İndi onlar kitabı sifariş edirlər, kitab bura gətirilir. Bu xəttimiz davam edəcək. İkinci də odur ki, birinci kurs tələbələrimizə kitablara ödədikləri məbləği təqdim etdikləri qəbzlər müqabilində qaytarırıq. Bu proses artıq başlanıb və birinci kurs tələbələrimizə öz şəxsi kitabxanalarını formalaşdırmaq imkanı verir.
Aqro ekoturizmə qoşulacaq fermer təsərrüfatlarının sayı artacaq like
  • 18 İyl 13:20  
Digərləri Aqro ekoturizmə qoşulacaq fermer təsərrüfatlarının sayı artacaq

Aqro ekoturizmə qoşulacaq fermer təsərrüfatları Şəki, Qax, Balakən və

arrow Ətraflı
Yasamalda “Mercedes” yanıb like
  • 18 İyl 13:16  
Digərləri Yasamalda “Mercedes” yanıb

Bakı şəhərinin Yasamal rayonunda “Mercedes” markalı minik avtomobilinin

arrow Ətraflı
“Erkenci kuş” bitir like
  • 18 İyl 13:11  
Digərləri “Erkenci kuş” bitir

Maraqla izlənilən "Erkenci kuş" serialı final edir.

arrow Ətraflı
Aİİ rektoru “Tələbələrin dostu” sosial mükafatına layiq görülüb like
  • 18 İyl 13:10  
Digərləri Aİİ rektoru “Tələbələrin dostu” sosial mükafatına layiq görülüb

“Azərbaycan universitetləri” “Facebook” səhifəsinin rəhbəri Zöhra

arrow Ətraflı
Sabah 40 dərəcə isti olacaq like
  • 18 İyl 13:06  
Digərləri Sabah 40 dərəcə isti olacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
Sabah 40 dərəcə isti olacaq like
  • 18 İyl 12:57  
Digərləri Sabah 40 dərəcə isti olacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
Bu il Azərbaycanda 75 nəfər vətəndaşlığa qəbul edilib like
  • 18 İyl 12:57  
Digərləri Bu il Azərbaycanda 75 nəfər vətəndaşlığa qəbul edilib

Azərbaycanda daimi yaşamaq üçün icazələr əsasən Gürcüstan, Rusiya, T

arrow Ətraflı
Kadra daxil olan yad qadın sinəsini açıb, kollektiv şəklini "məhv etdi" like
  • 18 İyl 12:53  
Digərləri Kadra daxil olan yad qadın sinəsini açıb, kollektiv şəklini "məhv etdi"

Monika Davilla ailəsi ABŞ-ın Texas ştatında yerləşən Garner State Parkda

arrow Ətraflı
İran yenə silkələndi - 4,2 bal like
  • 18 İyl 12:52  
Digərləri İran yenə silkələndi - 4,2 bal

İranın cənub-qərbində zəlzələ olub.

arrow Ətraflı
"Fətəliyeva həyat yoldaşının birinci arvadını öldürüb, öz körpəsini isə..." like
  • 18 İyl 12:48  
Digərləri "Fətəliyeva həyat yoldaşının birinci arvadını öldürüb, öz körpəsini isə..."

İctimai televiziya cəzaçəkmə müəssisələrində övlad böyüdən qadın

arrow Ətraflı
Azərbaycana daha çox hansı ölkələrdən qanunsuz miqrantlar daxil olur? like
  • 18 İyl 12:44  
Digərləri Azərbaycana daha çox hansı ölkələrdən qanunsuz miqrantlar daxil olur?

Azərbaycanda qanunsuz miqrantların saxlama mərkəzlərinə yerləşdirilənl

arrow Ətraflı
Qorxmaz Əlili uzun fasilədən sonra efirdə like
  • 18 İyl 12:44  
Şou-biznes Qorxmaz Əlili uzun fasilədən sonra efirdə

Tanınmış aktyor-şoumen Qorxmaz Əlilicanzadə (Əlili) uzun fasilədən sonr

arrow Ətraflı
AXCP fəalı mühacir biznesində - sensasion səs yazısı (Audio sübut) like
  • 18 İyl 12:39  
Digərləri AXCP fəalı mühacir biznesində - sensasion səs yazısı (Audio sübut)

Hazırda Fransada yaşayan AXCP-nin fəal üzvü Türkel Azərtürkün Almaniyad

arrow Ətraflı
Bu da Aynur Dadaşovanın qızı like
  • 18 İyl 12:39  
Şou-biznes Bu da Aynur Dadaşovanın qızı

Müğənni Aynur Dadaşova övladının üzünü göstərib.

arrow Ətraflı