Aqro ekoturizmə qoşulacaq fermer təsərrüfatlarının sayı artacaq


Digərləri 18 İyl 2019 13:20:00 210 0

Aqro ekoturizmə qoşulacaq fermer təsərrüfatlarının sayı artacaq

Aqro ekoturizmə qoşulacaq fermer təsərrüfatları Şəki, Qax, Balakən və Zaqatala zonasında mövcuddur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrar Ticarət Şirkəti" MMC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mayıs Musayev deyib.

M.Musayev bu layihədə iştirak etmək istəyən fermerləri də dəvət edib: "Bizim əməkdaşlar baxış keçirdikdən sonra fermer təsərrüfatın forması ilə bağlı məsləhətlər verəcək. Bunun əsasında fermer təsərrüfatını aqro ekoturizmə uyğunlaşdıracaq. Bundan sonra fermer təsərrüfatına turistlərin göndərilməsi nəzərdə tutulur".