İran yenə silkələndi - 4,2 bal


Digərləri 18 İyl 2019 12:52:00 170 0

İran yenə silkələndi - 4,2 bal

İranın cənub-qərbində zəlzələ olub.

Bakı. İranın cənub-qərbində zəlzələ olub. Trend-in məlumatına görə, 4,2 bal gücündə təkanlar Xuzestan vilayətində qeydə alınıb. Bildirilir ki, zəlzələ yerli vaxtla gecə saat 03:15-də baş verib. Zəlzələnin episentri Ahvaz şəhərindən 33 kilometr məsafədə yerləşib.