Azərbaycana daha çox hansı ölkələrdən qanunsuz miqrantlar daxil olur?


Digərləri 18 İyl 2019 12:44:00 167 0

Azərbaycana daha çox hansı ölkələrdən qanunsuz miqrantlar daxil olur?

Azərbaycanda qanunsuz miqrantların saxlama mərkəzlərinə yerləşdirilənlərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz azalıb.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda qanunsuz miqrantların saxlama mərkəzlərinə yerləşdirilənlərin daha çox hansı ölkələrin vətəndaşları olduğu açıqlanıb. Trend-in məlumatına görə, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu ilin ilk 6 ayının nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib ki, Azərbaycanda qanunsuz miqrantların saxlama mərkəzlərinə yerləşdirilənlərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz azalıb. O əlavə edib ki, ötən il qanunsuz miqrantların saxlama mərkəzlərinə 899 miqrant, bu il isə 627 miqrant yerləşdirilib. Həmin miqrantlar Hindistan, İran, İraq, Türkiyə, Pakistan və digər ölkələrdəndir.