Bakıda dənizdən cadu tapıldı


Digərləri 18 İyl 2019 12:21:00 259 0

Bakıda dənizdən cadu tapıldı

Ötən gün Xəzər dənizindən cadu tapılıb.

Son.az xəbər verir ki, cadu parçaya tikilmiş və sancaq taxılmış formada dənizə atılıb. Şıxov çimərliyindən tapılan cadunun içərisində ərəb hərfləri ilə sözlər qeyd olunub.

Kağızın digər tərəfində isə kiril əlifbası ilə iki ad qeyd olunub. Lakin kağız suda qaldığına görə adları oxumaq mümkün deyil. Cadunun görüntülərini çəkən şəxs kadrları redaksiyamıza yollayıb.

Qeyd edək ki, bu Şıxov çimərliyindən tapılan ikinci cadudur.

Emin Son.az