Vəzifəli şəxsə hökm oxundu


Kriminal 18 İyl 2019 12:25:00 260 0

Vəzifəli şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azəryaşlandşaft" ASC-nin Yaşıllıqların qorunması və mühafizəsi şöbəsinin mütəxəssisi olmuş Elçin Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, E.Musayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Elçin Musayev Yasamal rayonunda - Dövlət Sosial Müdafiə Fondunun yaxınlığında yerləşən torpaq sahəsindəki 9 ağacın köçürülməsi adıyla həmin ərazinin sahibi Ramiz Cabbarlıdan 33 min manat pul alıb qaytarmamaqda, dələduzluq etməkdə təqsirləndirilir.

E.Musayev pulu səlahiyyətli məmurlara rüşvət vermək adıyla alıb. Bununla həm də R.Cabbarlını rüşvət verməyə təhrik edib.