TRT əməkdaşları saxlanıldı


Dünya 18 İyl 2019 12:30:00 195 0

TRT əməkdaşları saxlanıldı

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinin görüntülərinin TRT telekanalında yayımlanması ilə bağlı aparılan araşdırma çərçivəsində əməliyyat keçirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, polisin prokurorluğun təqdimatı ilə keçirdiyi əməliyyat nəticəsində FETÖ terror təşkilatının üzvü olan 6 nəfər saxlanılıb.

Onlardan 5 nəfəri TRT əməkdaşıdır. Bir nəfər isə əvvəllər telekanalda çalışıb.

Qeyd edək ki, 19 dekabr 2016-cı ildə Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən "Rusiya türklərin gözü ilə" sərgisində çıxışı zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib.