İndiyə qədər 1211 nəfər Azərbaycana readmissiya edilib


Digərləri 18 İyl 2019 12:28:00 208 0

İndiyə qədər 1211 nəfər Azərbaycana readmissiya edilib

Avropa İttifaqı ilə "Readmisiyya haqqında" saziş 2014-cü ilin sentyabr ayından imzalanıb.

Bakı. İlhamə İsabalayeva - Avropa İttifaqı ilə "Readmisiyya haqqında" Saziş 2014-cü ilin sentyabr ayından imzalanıb. Həmin dövrdən indiyə qədər 1211 nəfər Azərbaycana readmissiya edilib. Trend-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib. Xidmət rəisinin sözlərinə görə, bəzən insanlarda elə fikir yaradırlar ki, guya çox asanlıqla hansısa xarici ölkəyə gedib orada yaşamaq mümkün olur. Bu cür dələduzluq halları xarici dövlətlərin miqrasiya orqanları tərəfindən deyil, vasitəçi şəxslər tərəfindən edilir: