Kirayədə qalanlar bunu etməsələr, cərimələnəcəklər


Digərləri 18 İyl 2019 12:03:00 206 0

Kirayədə qalanlar bunu etməsələr, cərimələnəcəklər

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək müvəqqəti yaşadıqları yer üzrə nazirliyin saytında qeydiyyatdan keçərək məlumat vermələrini tələb edir.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, nazirliyin müraciətində qeyd olunur ki, bu, vətəndaşların təhlükəsizliyinin qorunması və ölkədə sabitliyin təmin olunması baxımından əhəmiyyətlidir: "Əgər vətəndaşlar gəldikləri ünvanda 60 gündən az yaşayacaqlarsa 24 saat ərzində, 60 gündən çox yaşayacaqlarsa 7 gün ərzində müraciət edib qeydiyyatdan keçməlidirlər. Bunun üçün Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsinin saytında onlayn xidmət də yaradılıb, mobil tətbiqdən də istifadə oluna bilər". 

"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunun 10-cu maddəsinə görə, mehmanxanaya, sanatoriyaya, istirahət evinə, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və digər belə ictimai yerlərə gələn vətəndaş üçün ərizə-anket doldurulur və həmin yerin müdiriyyətinə verilir. Müdiriyyət ərizə-anketi 24 saat ərzində müvafiq dövlət orqanına təqdim edir.

Bu qaydanın pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi üzrə vətəndaşa xəbərdarlıq edilir, bundan sonra o, 30 manat, vəzifəli şəxslər isə 500 manatdan 800 manatadək cərimələnir.

Yəni, oteldə göstərilən müddətdə qalan şəxsi qeydiyyatdan keçirməyən rəhbərlik 500-800 manat cərimələnə bilər.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov qafqazinfo-ya açıqlamasında bildirib ki, qanunun bu tələbi daimi olub: "Əvvəllər qismən də işləyirdi. Bəzi strukturlara sənəd təqdim olunanda müvəqqəti yaşadığı yer üzrə qeydiyyatdan keçmək tələb olunurdu. Deyək ki, hansısa rayonda qeydiyyatda olan şəxs Bakıya gəlib işləyəndə paytaxtdakı bəzi qurumlar ondan həmin sənədi tələb edirdi. İndi marrifləndirici işlərin aparılmasının güclənməsinin, bu mövzu ətrafında müzakirələr aparılmasının səbəbini bilmirəm.