Aqro ekoturizmə qoşulacaq fermer təsərrüfatlarının sayı artacaq


Digərləri 18 İyl 2019 12:04:00 228 0

Aqro ekoturizmə qoşulacaq fermer təsərrüfatlarının sayı artacaq

Aqro ekoturizmə qoşulacaq fermer təsərrüfatları Şəki, Qax, Balakən və Zaqatala zonasında mövcuddur.

Şəki. Samir Əli - Aqro ekoturizmə qoşulacaq fermer təsərrüfatları Şəki, Qax, Balakən və Zaqatala zonasında mövcuddur. Trend-in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrar Ticarət Şirkəti" MMC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mayıs Musayev deyib. M.Musayev bu layihədə iştirak etmək istəyən fermerləri də dəvət edib: "Bizim əməkdaşlar baxış keçirdikdən sonra fermer təsərrüfatın forması ilə bağlı məsləhətlər verəcək. Bunun əsasında fermer təsərrüfatını aqro ekoturizmə uyğunlaşdıracaq. Bundan sonra fermer təsərrüfatına turistlərin göndərilməsi nəzərdə tutulur".