Bu gecə atəşkəsin pozulması nəticəsində “Qa­zax” sərhəd dəstəsinin əsgəri yaralanıb (FOTO)


Digərləri 18 İyl 2019 11:44:00 214 0

Bu gecə atəşkəsin pozulması nəticəsində “Qa­zax” sərhəd dəstəsinin əsgəri yaralanıb (FOTO)

Dövlət Sərhəd Xidməti (DSX) Ermə­nistan Silahlı Qüv­vələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması barədə məlumat yayıb.

Bakı. Dövlət Sərhəd Xidməti (DSX) Ermə­nistan Silahlı Qüv­vələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması barədə məlumat yayıb. DSX-dən Trend-ə verilən məlumata görə, 18 iyul 2019-cu il tarixdə saat 00:20 radələrində Ermə­nistan Silahlı Qüv­vələrinin bölmələri tərəfindən Ermənistanın No­yem­ber­yan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silah­lardan atəş açılmaqla atəş­kəs rejimi pozulub, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub. Cavab atəşi ilə düşmən susdurul­ub. Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­la­rının “Qa­zax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində dö­yüş növbəsində xidmət aparan əsgər Ceyhun Bay­ra­mov yaralanıb. Sər­hədçi əsgərə dərhal təxi­rə­sa­lın­maz tibbi yardım göstərilib və hazırda həyatı üçün təh­lükə yoxdur.