Xəzərdə batmış qadın və 2 uşağın meyiti tapıldı


Dünya 18 İyl 2019 10:36:00 231 0

Xəzərdə batmış qadın və 2 uşağın meyiti tapıldı

Xəzər dənizində batmış 4 nəfərin meyiti aşkar edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, rusiyalı xilasedicilər meyitləri Dağıstanın Qarabudaqkənd rayonunun Xəzər sahilləri tərəfində aşkar edib.

Qeyd edək ki, dünən 4 nəfərin batması barədə xəbər daxil olmuşdu. Batanlardan 2-si qadın, 2-si isə azyaşlıdır.

Fövqəladə Xidmət bütün meyitlərin Xəzər akvatoriyasında tapılaraq təhvil verildiyini bildirib.