Müğənni konsertində uzanauzana rəqs edən fanatını axtarışa verdi


Digərləri 18 İyl 2019 10:05:00 317 0

Müğənni konsertində uzanauzana rəqs edən fanatını axtarışa verdi

Müğənni Svetlana Loboda Nijni Novqorod şəhərində baş tutan konsertində uzana-uzana rəqs edən pərəstişkarını axtarışa verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçı bu barədə İnstaqram hesabında bildirib.

"Cavan oğlan, mənimlə əlaqə yaradın. Sizinlə yaxından tanış olmaq istəyirəm", - Loboda İnstaqram postunda yazıb.

Müğənninin digər fanatları onun paylaşımına şərh yazmağa başlayıb.

"Biz onu görmüşdük. Fikir verdik ki, o, sizin bütün repertuarınızı əzbər bilir", - istifadəçilərdən biri yazıb.