Dövlət qulluğuna qəbulla bağlı iyulun 19-da sınaq imtahanı keçiriləcək


Digərləri 18 İyl 2019 09:32:00 226 0

Dövlət qulluğuna qəbulla bağlı iyulun 19-da sınaq imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün sınaq imtahanına qeydiyyat davam edir

Bakı. Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək. Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 19 iyul tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq. Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak etmək üçün onlayn qeydiyyat 19 iyul saat 09:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır. Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanında iştirak etmək üçün DİM-in saytında onlayn qeydiyyatdan keçmək lazımdır.