Yaponiyada güclü yanğın:


Dünya 18 İyl 2019 09:17:16 246 0

Yaponiyada güclü yanğın:

Yaponiyanın Kioto şəhərində yerləşən anime studiyasında yanğın törədilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, azı 38 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar xəstəxanalara yerləşdiriliblər.

Bildirilir ki, xəsarət alanlardan 10-nun vəziyyəti ağırdır.

İlkin məlumata əsasən, polislər hadisə yerində əlində benzin və ya kerosinlə dolu kanistr olan 41 yaşlı kişini saxlayıblar.