"Taliban" tərəfdarları Əfqanıstanda generalı qətlə yetiriblər


Dünya 18 İyl 2019 08:43:00 217 0

"Taliban" tərəfdarları Əfqanıstanda generalı qətlə yetiriblər

Əfqanıstan Milli Ordusunun generalı "Taliban" radikal hərəkatının tərəfdarları olan əsgərlər tərəfindən qətlə yetirilib.

Son.az Trend-ə istinadən bildirir ki, öldürülən general Əbdül Mubin Müctəba Qazni əyalətində yerləşən ordu dəstəsinə komandanlıq edib.

Bildirilir ki, general Qazni və Kandaqar əyalətləri arasındakı avtomobil yolunda qətlə yetirilib.

Məlumata əsasən, hücumda iki əsgər iştirak edib. Onlardan biri öldürülüb, biri isə yaralıdır.