Bakıda yaşayış binasında təhlükə aradan qaldırıldı


Digərləri 18 İyl 2019 08:33:00 256 0

Bakıda yaşayış binasında təhlükə aradan qaldırıldı

Bakı şəhərinin Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının dam örtüyünə bərkidilən dəmir barmaqlıqların asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Son.az Trend-ə istinadən bildirir ki, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər dəmir barmaqlıqları yerinə bərkidib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.