Pentaqon Meksika ilə sərhədə daha 2 min hərbçi göndərib


Dünya 18 İyl 2019 08:28:00 228 0

Pentaqon Meksika ilə sərhədə daha 2 min hərbçi göndərib

Pentaqonun rəhbərliyi Meksika ilə sərhədə əlavə hərbi kontingentin göndərilməsi barədə sorğunu qəbul edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Reuters" agentliyinə Pentaqonun nümayəndəsi Kris Mitçell deyib.

K.Mitçelin sözlərinə görə, Pentaqon rəhbərinin vəzifəsini müvəqqəti icra edən Riçard Spenser Meksika ilə sərhədə 1000 Milli Qvardiya üzvü və 1,1 min hərbçinin göndərilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, hazırda Meksika ilə sərhəddə 4,5 minə yaxın ABŞ hərbçisi var.