Elon Musk qlobal avtomobil sektorunun ən qocaman icraçı direktoru oldu


Digərləri 18 İyl 2019 08:15:00 215 0

Elon Musk qlobal avtomobil sektorunun ən qocaman icraçı direktoru oldu

Tesla Motors-un sahibi olan və CEO-luq vəzifəsini icra edən Elon Musk, Mercedes Benz-in icraçı direktoru Dieter Zetschenin vəzifəsini tərk etməsi səbəbilə avtomobil sektorunun ən qocaman icraçı direktoru adına sahib oldu.

Son.az chip.az-a istinadən bildirir ki, Tesla Motors-un avtomobil sektoruna bir çox yenilik qatdığı inkaredilməz bir həqiqətdir. Elektrik mühərrikləri və avtomatik pilotları ilə diqqət çəkən vasitələrini satıldıqdan sonra da inkişafa aparan  bu şirkətin arxasında Elon Musk var. Musk 2008-ci ildən bəri Tesla Motors-un CEO-luq vəzifəsini davam etdirir.   Elon Musk artıq qlobal avtomobil sektorunun ən qədim CEO-su adına sahibdir. Muskun bu vəzifəni uzun bir müddət davam edəcəyi gözlənilir.

Musk bu ada 2006-ci ildən bəri CEO-luq vəzifəsini icra edən və Mercedes-Benz-in başında olan Dieter Zetsche-nin işdən ayrılmasının ardından sahib oldu.

Elon Musk-un CEO-luq vəzifəsinə ən yaxın ad Akio Toyodadır. Adından da göründüyü kimi bu  vəzifəni 2009-ci ildən bəri davam edən Akio Toyoda şirkətin qurucusu olan Kiichiro Toyoda-nın nəvəsidir. Akio Toyoda şirkətin CEO-luq missiyasını uğurla davam etdirir.