Türkiyənin F35 proqramında iştirakının dayandırılacağı vaxt bəlli olub


Dünya 18 İyl 2019 08:18:00 222 0

Türkiyənin F35 proqramında iştirakının dayandırılacağı vaxt bəlli olub

Türkiyənin F-35 proqramında iştirakı 2020-ci ilin mart ayında tamamilə dayandırılacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə ABŞ müdafiə nazirinin satınalmalar üzrə müavini Ellen Lord deyib.

E.Lord bildirib: "Biz bunu 2020-ci ilin mart ayında dayanadıracağıq".

Onun sözlərinə görə, ABŞ 2018-ci ildən alternativ tədarükçülərin axtarışı ilə məşğul olub və buna görə də Türkiyənin iştirakının dayandırılmasının proqrama təsiri minimal olacaq.