Azərbaycanda əhalinin gəlirləri artıb


Digərləri 18 İyl 2019 07:45:00 196 0

Azərbaycanda əhalinin gəlirləri artıb

2019-cu ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,6 faiz artaraq 27 355,8 milyon manat təşkil edib.

Bakı. İlhamə İsabalayeva - İlkin məlumatlara görə, 2019-cu ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,6 faiz artaraq 27 355,8 milyon manat təşkil edib. Trend-in məlumatına görə, əhalinin hər nəfərinə orta hesabla 2768,6 manatlıq gəlir düşüb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 25 131,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,7 faiz çox vəsait qalıb. 2019-cu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artaraq 583,7 manat təşkil edib.