Sony korporasiyası dünyada ən sürətli “USBC” habını təqdim edib


Digərləri 18 İyl 2019 07:01:00 252 0

Sony korporasiyası dünyada ən sürətli “USBC” habını təqdim edib

"Sony" şirkəti çoxlu sayda porta malik yüksək səviyyəli "USB-C" habını təqdim edib. İstehsalçının iddiasına görə, "MRW-S3" qurğusu məlumatların ötürülməsi üzrə ən yüksək sürətə (1000 Mb/s-dək) malikdir.

Son.az ICTnews-a istinadən bildirir ki, qurğuda video (maksimal dəstəklənən təsvir ölçüsü - saniyədə 30 kadr sürətini dəstəkləyən 4K) üçün HDMI interfeys, enerji bloku (100 vattlıq enerjidoldurma təmin olunur) üçün "Power Delivery" texnologiyasına malik "USB-C", "USB-C" və "USB-A" (USB 3.1 2-ci nəsil) portları, həmçinin "microSD" və qabaqcıl "UHS-II" sinfinə məxsus "SD" kart oxuducuları nəzərdə tutulub.

"Sony" şirkətinin yeni həlli kompüterə "USB-C" portu vasitəsilə qoşulur.