Zərif: Avropa Hərtərəfli Birgə Fəaliyyət Planını qoruyub saxlamaq istəyir


Digərləri 18 İyl 2019 02:25:00 248 0

Zərif: Avropa Hərtərəfli Birgə Fəaliyyət Planını qoruyub saxlamaq istəyir

Avropalı tərəfdaşlar Hərtərəfli Birgə Fəaliyyət Planını qoruyub saxlamaq istəyir

Bakı. Avropalı tərəfdaşlar Hərtərəfli Birgə Fəaliyyət Planını qoruyub saxlamaq istəyir. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə İran XİN rəhbəri Məhəmməd Cavad Zərif deyib. C.Zərif bildirib: "Düşünürəm ki, avropalılar Hərtərəfli Birgə Fəaliyyət Planını qoruyub saxlamaq istəyir, lakin onlar bunun üçün ödəniş etməyə, təhlükəsizliyə investisiya yatırmağa hazır deyillər. Nəticədə onlar Birləşmiş Ştatlara öz gündəliyini tətbiq etmək imkan verirlər. Bunun avropalıların maraqlarına cavab verib-vermədiyini bilmirəm".