Min ildir bu adaya heç kim girə bilmir FOTO


Digərləri 17 İyl 2019 23:54:00 275 0

Min ildir bu adaya heç kim girə bilmir  FOTO

Şimali Sentinel adasının sakinləri artıq min ildir ki, ətraf aləmdən təcrid olunublar.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar adaya gəlmək istəyən hər kəsi oxlarla qarşılayırlar və daş dövründəki kimi yaşayırlar.

Bu yolla onlar öz mədəniyyətlərini qoruduqlarını düşünürlər.

19-cu əsrdə qayalıqlarda bir neçə dəfə gəmilər toqquşaraq qəza törədib. Bu zaman heyət sahilə çıxmaq istəsə də, yerli sakinlər onları oxlarla qovublar.

1897-ci ildə buraya qaçaq məhbus arxasınca gələn polislər onu boğazı kəsilmiş halda meşədə tapıb və dərhal da hadisə yerindən qaçaraq uzaqlaşıblar.

1981-ci ildə sahil yaxınlığında "Primrouz" gəmisi görünüb. Yerli sakinlər dərhal onlara oxlarla hücum ediblər. Xoşbəxtlikdən gəmi uzaqda olduğu üçün heç kim xəsarət almayıb. Heyət helikopterlə təxliyə olunub, "Primrouz" isə hələ də atılmış vəziyyətdə orada qalır.

Bir neçə dəfə alimlər onlarla münasibət qurmağa çalışsa da, bu cəhd uğursuz alınıb.


Xəbərə aid fotolar