Əvvəllər pomidoru yemirdilər


Digərləri 17 İyl 2019 23:48:00 272 0

Əvvəllər pomidoru yemirdilər

Son günlərdə müzakirə olunan məsələlərdən biri də pomidorun qiymətidir.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, məhsulun qiymətinin bahalaşması narazılığa səbəb olub.

Bəziləri qiymət artımını məhsulun qıt olması ilə, bəziləri də əlverişsiz hava şəraitiylə əlaqələndirir. Bəziləri də bildirir ki, ölkədə istehsal edilən məhsulun böyük hissəsi xaricə satılır, yerdə az məhsul qaldığından bahalaşma yaranır.

Bəs, görəsən, müzakirələrə səbəb olan pomidor barədə nələr bilirik?

Ən çox istifadə edilən tərəvəzlərdən olan pomidorun yetişdirilməsinin çox maraqlı tarixi var. İlk dəfə sarı rəngli pomidor yabanı halda Boliviya və Peruda tapılıb. Sonra isə onu bəzək bitkisi kimi Meksikada yetişdiriblər. Bir neçə əsr ərzində seleksiyaçılar nəinki sarı, çəhrayı, bənövşəyi, hətta digər rənglərdə də pomidor yetişdirməyə nail olub və bitkinin görkəmini dəyişərək çoxlu yeni sortlar yaradıblar. İlk pomidorların sarı olduğu ehtimal edilir və buna görə də ona Pomo d'Oro - "qızıl alma" adı verilib.

Peruda isə onu "tomatl" -"böyük giləmeyvə" adlandırırdılar. Xristofor Kolumbun Amerikanı kəşf etməsindən sonra gəmilərlə Avropaya gətirilib.