Məktəbə getmək üçün ölümü gözə alan şagirdlər FOTO


Digərləri 17 İyl 2019 23:36:00 337 0

Məktəbə getmək üçün ölümü gözə alan şagirdlər  FOTO

Vyetnamın şimali-qərbindəki Huoi Ha kəndində yaşayan şagirdlər məktəbə getməklə ölümü gözə alırlar.

Son.az ölkə.az-a istinadən bildirir ki, 50 azyaşlı şagird hər gün məktəbə getmək üçün Nam Çim çayından keçmək məcburiyyətindədirlər. Çayın üzərində isə əyri və çürük bambuk körpülər var.

Amma yağışlar mövsümündə çayı su basır və şagirdlər məktəbə getmək üçün çaydan başqa üsullarla keçmək məcburiyyətində qalırlar. Kənd rəsmisi çayın çox təhlükəli olduğunu, dövlətdən asma körpülər salmasını istəyib.

Yerli sakinlər isə uşaqlarını paketlərə qoyaraq çaydan keçirirlər.


Xəbərə aid fotolar